Journal of Modern Technology and Engineering jurnalı çap üçün
  • orijinal elmi məqalələri;
  • icmal məqalələri;
  • qısa elmi xəbərləri

qəbul edir. 
Təqdim edilən məqalələrin mövzusu jurnalın Elm Sahələri bölməsində verilən elmi əhatə dairəsində olmalıdır. 

Əlyazmaların hazırlanması 
Əlyazmanı təqdim edərkən müəllif onun və ya onun hansısa hissəsinin ingilis və ya başqa bir dildə çap olunmadığını və ya başqa bir jurnalda çap üçün baxılmadığını təsdiq etmiş olur. Əlyazma daha əvvəl seminarda, simpoziumda və ya konfrans materiallarında nəşr olunubsa, müəllif onu redaksiyaya təqdim edərkən bu haqda məlumat verir və əlyazmaların əhəmiyyətli dərəcədə yenidən işləndiyini təsdiq edir. 

Rəyləşdirmə 
Bütün məqalələr çapdan əvvəl iki dəfə rəyləşdirilir. Məqalələr İcraçı / Aparıcı Redaktor tərəfindən yoxlanılır. Müəlliflər üçün qaydalar pozulursa və ya digər ciddi problemlər yaranarsa, məqalə dərhal rədd edilir və müəlliflərə rədd edilmənin səbəbləri barədə məlumat verilir. Bu mərhələdən uğurla keçmiş məqalələr redaksiya heyətinin iki üzvü tərəfindən rəyləşdirilir. Rəyçilər müəllifləri tanıyarsa və ya bu haqda şübhələnərsə, onda, etnik mənsubiyyətindən, cinsindən, vətəndaşlığından, dini inancından və ya müəlliflərin siyasi yönümündən asılı olmayaraq fəaliyyət göstərməlidirlər və ya yarana biləcək hər hansı potensial münaqişə haqqında redaksiyaya məlumat verməlidirlər. Verilən rəylərdə kiçik fərqlər olduqda, baş redaktor məqalənin vaciblik dərəcəsindən çıxış edərək qərar qəbul edir. Əgər rəylər əhəmiyyətli dərəcədə fərqlənirsə, redaktorlar üçüncü rəyçiyə müraciət edirlər. Rəylərdə məqalənin dəyişikliyinə ehtiyac olduğu qeyd edilirsə, onda müəlliflər redaktə edilmiş əlyazma ilə yanaşı, dəyişikliklər və ya onların qəbul edilməməsi səbəblərini göstərən məktubu da təqdim etməlidirlər. Sonrakı mərhələdə, rəyçilərə onların təkliflərinin nə dərəcədə nəzərə alındığını qiymətləndirmək təklif olunur. Rədd edilmiş əlyazmalar müəlliflərə qaytarılmır, amma müəlliflərə redaksiyanın qərarı barədə məlumat verilir. Çapa qəbul edilən məqalələr xüsusi anti-plagiat proqramlarının köməyi ilə yoxlanılır. 

Əlyazmaların şablon faylı 
Məqalələr LaTex formatında hazırlanmalıdır. Məqalənin təqdim edilən elektron formasında bütün zəruri TEX fayllar, şəkillər, cədvəllər və PDF formatında olan məqalə mətni göndərilməlidir.
Müəlliflər şablon faylını BURADAN yükləyə və istifadə edə bilərlər.

Ödəniş 
Journal of Modern Technology and Engineering jurnalında məqalələrin çap olunması tamamilə pulsuzdur.

Dil 
Məqalələr ingilis dilində qəbul olunur. 

Başlıq 
Məqalənin başlığı qısa və informativ olmalıdır. 

Xülasə 
Məqalədə 200 sözdən artıq olmayan xülasə olmalıdır. Xülasədə baxılan məsələ, istifadə edilən metodlar və ən mühüm nəticələr verilməlidir. 

Məqalənin həcmi 
Jurnal 30 səhifəyə qədər olan (qeydlər və istinadlar istisna olmaqla) məqalələri baxılmaq üçün qəbul edilir. Redaktor tərəfindən müəyyən edilən bəzi xüsusi hallarda, səhifələrin sayı artırıla bilər. 

Açar sözlər 
Xülasədən sonra, müəlliflər 3-dən 6-a qədər açar söz təqdim etməlidirlər. 

Mətn 
Məqalənin mətni bir intervalla yazılır; Mətn Şablon fayldan istifadə edilməklə 12 ölçülü şriftlə yazılmalıdır. 

Şəkillər 
Bütün şəkilllərə məqalənin mətnində müraciətlər olamlıdır. Şəkillər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir. Şəkilaltı yazıda 15-dən artıq söz olmamalıdır. Şəkillər üçün PNG və JPEG formatları uyğun hesab edilir. Bütün şəkillər mətnin soununda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir. 

Cədvəllər 
Bütün cədvəllərə məqalənin mətnində müraciətlər olmalıdır. Cədvəllər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir. Cədvəlin adında və orada verilən abriviaturaların izahında 15-dən artıq söz olmamalıdır. Bütün cədvəllər mətnin sonunda deyil, onun müvafiq yerlərində yerləşdirilməlidir. 

URL 
Mətndakı bütün URL linklər (məsələn, http://jomardpublishing.com) müraciət üçün aktiv olmalıdır. 

İstifadə hüquqları 
Müəlliflər istifadə etdikləri elektron və ya çap formasında olan digər mənbələrdən istifadə hüquqlarına malik olmalıdırlar. 

Ədəbiyyat siyahısı 
Ədəbiyyat siyahısı əlifba sırası ilə olmalıdır və yalnız mətndə istinad olunan və artıq çap olunmuş və ya çap üçün qəbul edilmiş əsərləri əhatə etməlidir. Ədəbiyyat siyahısı üçün APA (Essentials APA Style) sistemindən istifadə edilməlidir. Siyahıya məqalənin mövzusuna aid ən yeni istinadlar daxil edilməlidir. 

Mətndə istinadların verilməsi 
İstinadlar mətndə dairəvi mötərizədən istifadə etməklə verilir və və aşağıdakı şəkildə olmalıdır: 
1. Müəllif və il: (Lopez, 2006) - bir müəllifi olan məqalələr üçün; 
2. Müəlliflər və il: (Lopez və Navarro, 2006) - iki müəllifi olan məqalələr üçün; 
3. İlk müəllif və s. və il: (Lopez et al., 2006) - ikidən çox müəllifi olan məqalələr üçün; 
4. Müəllif və illər: (Lopez, 2006, 2008) – bir müəllifin müxtəlif illərdə yazılmış əsərləri üçün; 
5. Müəllif və əlifba sırası ilə il: (Lopez, 2006a, 2006b) - eyni müəllifin eyni ildə çap olunmuş məqalələri üçün; 
6. Nöqtəli vergüllə ayrılma: (Lopez, 2006; Vukic, 2008) – İki fərqli məqalə üçün. 

Müəlliflər məqalələrini ZIP faylı şəklində jomardpublishing@gmail.com elektron ünvana göndərməli və ya on-line şəkildə Manuscript Submission System vasitəsilə təqdim etməlidirlər. 

Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Advanced Physical Research jurnalı CAS bazasına daxil oldu

Advanced Physical Research jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib.