Advanced Mathematical Models & Applications (ISSN 2519-4445) jurnalı riyazi modelləşdirmə və onun tətbiqləri sahəsində olan orijinal, ciddi rəyləşdirilmiş, əhəmiyyətli, yeni nəticələri özündə saxlayan məqalələri çap edir. Jurnalın məqsədi alimləri və tətbiqi sahədə çalışanları bir araya gətirmək və onların yeni əməkdaşlığına şərait yaratmaqdır. Jurnal həm də icmal məqalələrini, əvvəlki nömrələrdə çap olunmuş məqalələrlə bağlı yazışmaları və rəyləri də çap edir. Jurnal bütün materialları ancaq ingilis dilində qəbul edir. 
Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Advanced Physical Research jurnalı CAS bazasına daxil oldu

Advanced Physical Research jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib.

Advanced Mathematical Models & Applications jurnalı Scopus bazasında

Jomard Publishing tərəfindən nəşr olunan Advanced Mathematical Models & Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Xüsusi buraxılış

New Design Ideas jurnalının ilk xüsusi buraxılışı nəşr olunub.

Jurnalımız AGRIS bazasında

Research in: Agricultural & Veterinary Sciences jurnalı AGRIS bazasında indekslənmək üçün qəbul edilmişdir