Research in: Agricultural & Veterinary Sciences jurnalının Azərbaycan Texnologiya Universitetində təqdimatı olmuşdur

Universitetin “Qida məhsulları” fakultəsində baş tutan tədbirdə fakultənin dekanı t.ü.f.d., dosent MərdanTağiyev əməkdaşlara jurnal haqqında geniş məlumat verdi. Qida məhsullarının texnologiyası kafedrasının müdiri, b.e.n, professor Əhəd Nəbiyev bu jurnalin aqrar elm, qida məhsulları texnologiyası, baytarlıq elmləri sahəsində əhəmiyyətindən danışdı, onun Azərbaycanda bu sahələrdə alınan elmi nəticələrin dünya səviyyəsinə çıxmasında əvəzsiz rol oynayacağına inamını ifadə etdi. Fakultənin digər əmıkdaşları da jurnalın əhəmiyyətindən danışaraq onun alimlərimizin dünya elmi mühitinə inteqrasiyasında müsbət rol oynayacağını bildirdilər. Sonda fakultə əməkdaşları Research in: Agricultural & Veterinary Sciences jurnalı ilə əməkdaşlıq etməkdə, onun saylarında öz elmi nəticələrini çap etdirməkdə, redaksiya heyətinin işində iştirak etməkdə maraqlı olduqlarını bildirərək onun işinə uğurlar arzuladılar.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Advanced Physical Research jurnalı CAS bazasına daxil oldu

Advanced Physical Research jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib.