Əməkdaşlıq müqaviləsi

Ölkəmizdə elmi ezamiyyətdə olan Altay Dövlət Universitetinin (Rusiya Federasiyası) Zoologiya və Fiziologiya kafedrasının müdiri, professor Aleksandr Matsyura və həmin universitetin Ekologiya kafedrasının professoru Roman Yakovlevlə Jomard Publishing nəşriyyatında görüş keçirildi. Bu universitetlə nəşriyyat arasında əməkdaşlıq imkanları geniş müzakirə edildi. Bu müzakirələrin nəticəsi olaraq 05 dekabr 2017 tarixində Altay Dövlət Universiteti (Rusiya Federasiyası) və Jomard Publishing nəşriyyatı arasında ƏMƏKDAŞLIQ MÜQAVILƏSI imzalanıb.

Müqavilənin məqsədi Altay Dövlət Universiteti ilə Jomard Publishing nəşriyyatı arasında elm və təhsil sahəsində strateji tərəfdaşlığın əsasının qoyulması, tərəflər tərəfindən dərc edilən elmi nəşrlərə əlverişli şəraitin yaradılması, Rusiya Federasiyası və Azərbaycan Respublikası ərazisində elmi dövri nəşrlərin yayılmasına imkan verən informasiya mübadiləsinin həyata keçirilməsidir.

Sazişin mövzusu təhsil və elm sahəsində birgə fəaliyyətin prioritet sahələrində mövcud maliyyə resursları əsasında Tərəflərin qarşılıqlı fəaliyyətdir. Tərəflər redaksiya heyətlərində çalışan alimlərin əhəmiyyətli intellektual potensialından istifadə edərək, birgə informasiya-analitik, elmi, təhsil və redaksiya-nəşriyyat layihələrini həyata keçirirlər.

Müqavilə Altay Dövlət Universitetinin rektoru Sergey Zemlyukov və Jomard Publishing nəşriyyatının direktoru Yusif Qasımov tərəfindən imzalanmışdır.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Advanced Physical Research jurnalı CAS bazasına daxil oldu

Advanced Physical Research jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib.