New Design Ideas jurnalı Scopus bazasında

Jomard Publishing nəşriyyatı tərəfindən nəşr olunan New Design Ideas jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilmişdir. Scopus ofisindən Jomard Publishing nəşriyyatına daxil olmuş rəsmi məktubda deyilir ki, bu qərar qiymətləndirmə prosesindən sonra jurnal haqqında alınan müsbət rəylərin əsasında qəbul edilmişdir.

Jomard Nəşriyyatı adından bütün redaktorlarımızı, redaksiya heyəti üzvlərini, rəyçilərimizi, müəlliflərimizi və texniki heyətimizi təbrik edir və bu nailiyyətin əldə olunmasına mühüm töhvəsinə görə onlara təşəkkür edirik.

İnanırıq ki, Scopus bazasında indekslənmə jurnalın müəllif coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək və bu öz növbəsində jurnalın elmi səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır.

https://suggestor.step.scopus.com/progressTracker/?trackingID=6C93A8F11A021AE0

Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Advanced Physical Research jurnalı CAS bazasına daxil oldu

Advanced Physical Research jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib.