Xüsusi buraxılış

New Design Ideas jurnalının ilk xüsusi buraxılışı nəşr olunub. Generative Justice in Design adlı buraxılış Dəvətli Redaktorlar, ABŞ-ın Michigan Universitetinin professorları Audrey G. Bennett Ron Eglash tərəfindən redaktə edilib. Xüsusi buraxılışda dairəvi iqtisadiyyatın dekolonizasiyasında dizayn problemlərinin müxtəlif aspektlərinə, generativ ədalət prizmasında dizaynın “yaşıl yuyulmanı” necə işıqlandırmasına və yerli xalqların tənqidinə, irqçilik əleyhinə və kvir-nəzəriyyəyə necə imkan verdiyinə dair məqalələrə baxılmışdır. Bu məqalələr dizaynerlərin mütərəqqi dəyərlərin kəsilməz dövriyyəsi üçün geniş kütlələrin hüquq və imkanlarının genişləndirilməsinə, təbiətlə ekoloji əməkdaşlığa yönəlmiş yeni innovativ imkanların yaradılmasına, generativ ədalətin təbliğ edilməsinə həsr edimişdir.

Buraxılışın mövzusu mütəxəssislərin diqqətini cəlb etmiş və bunun nəticəsi olaraq ABŞ və İngiltərənin universitet və müxtəlif dizayn məktəblərinin nümayəndələri tərəfindən təqdim edilmiş məqalələr rəyləşdirilərək nəşr olunmuşdur.

Jomard Publishing nəşriyyatı adından buraxılışın Redaktorlarına və dəyərli məqalələrini çap üçün təqdim etdiklərinə görə bütün müəlliflərə təşəkkür edirik.

Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Advanced Physical Research jurnalı CAS bazasına daxil oldu

Advanced Physical Research jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib.